Pressa.az » Ölkə » Xalqımız birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir - Aslan Abbaszadə

Xalqımız birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir - Aslan Abbaszadə

05 fevral 2024, Bazar ertəsi, 17:25
Xalqımız birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir - Aslan Abbaszadə

Ümummilli Liderimizin inkişaf yolunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir və onun rəhbərliyi ilə rəşadətli Ordumuz  44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək böyük Zəfər qazanıb. Bu gün həmin torpaqlarımızda genişmiqyaslı quruculuq işləri gedir, məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdırlar.

Bu gün biz sevincliyik, qürurluyuq və bizə bu fəxarəti yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi hər zaman dəstəkləyəcəyik

Fevralın 7-də keçiriləcək prezident seçkilərinin Azərbaycanın suverenliyinin tam bərpasından sonra keçirilməsi vacib tarixi-siyasi hadisədir. Bu seçki ilk dəfə Xalq-Ordu birliyi nəticəsində ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkəmizin bütün ərazisini əhatə edəcəkdir. Tam əminliklə deyə bilərik ki, xalqımız birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir. Fevralın 7-də də vətəndaşlarımız dövlət başçısının yanında olacaq.

Faktor.az saytının Baş Redaktoru
Aslan Abbaszadə