Pressa.az » Ölkə » Yasamalda qazanxana partladı, xəsarət alan var

Yasamalda qazanxana partladı, xəsarət alan var

06 fevral 2024, Çərşənbə axşamı, 10:39
Yasamalda qazanxana partladı, xəsarət alan var

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxanasında partlayış baş verib.

LiderXəbər xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb. Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.

Hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.