102 yaşlı Fatma Səttarova səs verdi - Fotolar
İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib.
Bu barədə LiderXəbər-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, o, müalicə aldığı Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib.
Qeyd edək ki, İkinci Dünya müharibəsinin veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin, Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.
Oxşar Xəbərlər:
18 oktyabr 2023, Çərşənbə
Ali məktəblərə yüksək balla qəbul olan tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
02 fevral 2024, Cümə
Səbinə Əliyeva: Seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq