BP-nin baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib
BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
LiderXəbər xəbər verir ki, məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə BP şirkəti adından Sizə səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqının rifahının yaxşılaşması istiqamətində bütün səylərinizdə Sizə uğurlar arzulayıram.
Bu fürsətdən istifadə edərək bizim Azərbaycandakı enerji layihələrinə BP-nin davamlı sadiqliyini bir daha vurğulamaq istəyirəm.
BP şirkəti olaraq biz Azərbaycan hökuməti və SOCAR ilə uzunmüddətli tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümidvarıq.
Zati-aliləri, Sizi bir daha səmimi-qəlbdən təbrik edirəm və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Tezliklə Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm".