Pressa.az » Ölkə » “Yanvarda qeydə alınmış hərbi cinayətlərin hamısının üstü açılıb”

“Yanvarda qeydə alınmış hərbi cinayətlərin hamısının üstü açılıb”

12 fevral 2024, Bazar ertəsi, 11:39
“Yanvarda qeydə alınmış hərbi cinayətlərin hamısının üstü açılıb”

Ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış hərbi cinayətlər ümumilikdə 33,8 faiz azalıb.

LiderXəbər xəbər verir ki, bu sözləri hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Qurum rəsmisi bildirib ki, sözügedən müddət ərzində hərbi xidmət əleyhinə olan cinayətlər 18,5 faiz, qeyri-hərbi cinayətlər 44,9 faiz, hərbi xidmətdən yayınma cinayətləri 45,2 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35,3 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7 faiz və mülkiyyət əleyhinə olan cinayətlər 22,7 faiz azalıb: “Özünü öldürmə həddinə çatdırma cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb. Ümumilikdə bu ilin yanvarında qeydə alınmış hərbi cinayətlərin 100 faizi açılıb”.