Pressa.az » Ölkə » Bu küçədə də velosiped sürə biləcəksiniz

Bu küçədə də velosiped sürə biləcəksiniz

12 fevral 2024, Bazar ertəsi, 17:33
Bu küçədə də velosiped sürə biləcəksiniz

Bakının daha bir küçəsində velosiped zolağı çəkilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrası davam etdirilir.

Bu çərçivədə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin aralığındakı hissəsində artıq müvafiq nişanlama işlərinə başlanılıb.