Pressa.az » Ölkə » Növbədənkənar prezident seçkilərinin qalibi elan edilən İlham Əliyev 3 gün ərzində and içəcək

Növbədənkənar prezident seçkilərinin qalibi elan edilən İlham Əliyev 3 gün ərzində and içəcək

13 fevral 2024, Çərşənbə axşamı, 15:00
Növbədənkənar prezident seçkilərinin qalibi elan edilən İlham Əliyev 3 gün ərzində and içəcək

Bu gün Konstitusiya Məhkəməsi 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib.

LiderXəbər-in xəbərinə görə, Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.