Hərbçi qadınların ehtiyatda olma yaş həddi ləğv olunub, kişi hərbçilərlə bərabərləşdirilib
Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi ləğv olunur.
LiderXəbər xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
İndiyə qədər qadınların hərbi xidmətdə son yaş həddi 50 yaş müəyyən olunmuşdu.
Qeyd edək ki, bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar Xəbərlər:
15 fevral 2024, Cümə axşamı
Hərbçilərə qulluq stajına görə əmək pensiyasına əlavələrin verilmə qaydası dəyişib
13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
17 aprel 2023, Bazar ertəsi
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb