Pressa.az » Ölkə » Tanınmış ilahiyyatçı alim Hacı Əhliman Rüstəmovun doğum günüdür

Tanınmış ilahiyyatçı alim Hacı Əhliman Rüstəmovun doğum günüdür

08 mart 2024, Cümə, 19:01
Tanınmış ilahiyyatçı alim Hacı Əhliman Rüstəmovun doğum günüdür

Bu gün tanınmış ilahiyyatçı alim Hacı Əhliman Rüstəmovun doğum günüdür

LiderXəbər xatırladır ki, Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.

 1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib.

Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb.

 Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir.

 Bakı İslam Universitetini bitirib. Bakı İslam Universitetində uzun illər dərs deyib.

 İndiyə qədər kimi onlarla kitabı və yüzlərlə məqaləsi çıxıb.