Pressa.az » Ölkə » Füzuliyə daha 34 ailə yola salınıb 

Füzuliyə daha 34 ailə yola salınıb 

18 mart 2024, Bazar ertəsi, 09:01
Füzuliyə daha 34 ailə yola salınıb 

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

LiderXəbər xəbər verir ki, müxtəlif ərazilərdə yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.