Pressa.az » Ölkə » Qırğızıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib

Qırğızıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib

09 aprel 2024, Çərşənbə axşamı, 15:30
Qırğızıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib

Qırğızıstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu bu ölkənin prezidenti Sadır Japarov qəbul edib.

LiderXəbər xəbər verir ki, bu barədə nazir "X" platformasında bildirib.

Görüşdə strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İkitərəfli siyasi və iqtisadi tərəfdaşlığa aid məsələlər müzakirə olunub.