Pressa.az » Ölkə » Ağcabədidə maşın yanıb

Ağcabədidə maşın yanıb

20 aprel 2024, Şənbə, 10:00
Ağcabədidə maşın yanıb

Ağcabədi şəhərində "ВАЗ" və "Mercedes" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.