Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır
Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.
LiderXəbər xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadıdır, o cümlədən də yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”, - deyə Prezident İlham Əliyev qeyd edibEnerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.
APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında səsləndirib.
“Zəngin enerji resurslarına malik olmağımıza baxmayaraq, biz bu məsələni müdafiə edəcəyik”, - deyən dövlət başçısı vurğulayıb ki, ənənəvi enerjiyə sahib olan ölkələr xüsusilə də iqlim dəyişikliyi məsələsində həmrəylik nümayiş etdirməlidirlər.