Pressa.az » Ölkə » ADY-ə məxsus dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib

ADY-ə məxsus dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib

02 may 2024, Cümə axşamı, 11:41
ADY-ə məxsus dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib

Bu ilin 4 ayında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus dəmir yolu keçidlərində 11 toqquşma hadisəsi baş verib.

ADY-dən  verilən məlumata görə, hadisələr nəticəsində 3 nəfər xəsarət alıb.

Məlumata görə, ötən ilin eyni dövründə 11 hadisə qeydə alınıb, 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

“ADY bu cür halların qarşısını almaq üçün sürücüləri diqqətli olmağa, dəmir yolu keçidlərindən qaydalar çərçivəsində istifadə etməyə çağırır”, - məlumatda qeyd olunur.