Pressa.az » Ölkə » Qarabağ Universitetinin qəbul planı təsdiqlənib

Qarabağ Universitetinin qəbul planı təsdiqlənib

13 may 2024, Bazar ertəsi, 11:33
Qarabağ Universitetinin qəbul planı təsdiqlənib

Xankəndidə yerləşən Qarabağ Universitetinin qəbul planı təsdiqlənib.

LiderXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq:

"Bu həftə artıq seçilmiş 3 proqram rəhbəri ictimaiyyətə təqdim olunacaq. Universitetdə təhsil ödənişsiz olacaq və tələbələr yataqxana ilə təmin olunacaq".