Pressa.az » Ölkə » Avropa Parlamentinin üzvü Azərbaycanda səfərdədir

Avropa Parlamentinin üzvü Azərbaycanda səfərdədir

13 may 2024, Bazar ertəsi, 14:32
Avropa Parlamentinin üzvü Azərbaycanda səfərdədir

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvü Xaviyer Nart mayın 13-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

Bu barədə LiderXəbər-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.