Xəstəxanada göndəriş almaq üçün 5 saat gözləməlisən!
Jurnalist Nəriman Hüseynzadə öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilir:
Bu gün səhər saatlarında, 09:34-də götürülən növbə, hazırda isə 15:15-dir. 2,5 saat ötüb, 1292-ci vətəndaş yaxınlaşa bilib qeydiyyata. Növbəmin çatma vaxtını təxmini hesablamalarla müəyyənləşdirə bilmişəm - 14:30. 2 saat yarımdan sonra. Ümumi beş saat? Yox. Bu, hələ göndərişi ala bilmək üçündü. Sonra həkimlərin növbəsi var. Onlarda isə iş saatı 15:30-da bitir. Və əgər bu gün ərzində həkim müayinəsinə çata bilməsən, sabah hər şey sıfırdan başlayır. Bu gün aldığın göndərişlə sabah qəbula düşə bilməzsən. Və bütün bunlar sadəcə sağlamlıq haqqında arayış ala bilmək üçündür.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
04 mart 2024, Bazar ertəsi
Mütəxəssis: Budamanı mart ayının ilk ongünlüyünə qədər qurtarmaq lazımdır