Əvvəlki illərdə doğumu rəsmiləşdirilməmiş 427 uşağın qeydiyyatı təmin edilib
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı “DOST” və “ASAN xidmət” mərkəzlərində istifadəyə verilmiş “Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng” xidməti vasitəsilə vətəndaşlara hər hansı qeydiyyat şöbəsinə getmədən doğumu qeydə almaq xidmətindən istifadə etmək imkanı yaradılıb.
LiderXəbər.az-ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.
Qeyd edilib ki, 2023-cü ildə doğumun dövlət qeydiyyatının səyyar qaydada səhiyyə müəssisələrində aparılmasını həyata keçirən qeydiyyat şöbələrinin sayı da artırılaraq ümumilikdə 4.746, o cümlədən əvvəlki illərdə doğumu rəsmiləşdirilməmiş 427 uşağın qeydiyyatı təmin edilib.
Oxşar Xəbərlər:
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib