Pressa.az » Ölkə » Qeyri-sabit hava şəraiti orqanizmə necə təsir edir?

Qeyri-sabit hava şəraiti orqanizmə necə təsir edir?

21 may 2024, Çərşənbə axşamı, 10:00
Qeyri-sabit hava şəraiti orqanizmə necə təsir edir?

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər.

Bu sözləri tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla Axar.az-a verdiyi açıqlamasında bildirib.

“İnsanlar sağlamlıqlarına nəzarət etmirlər, orqanizmdə istilik tənzimləmə mexanizmləri pozulur və soyuqlama baş verir. Yuxarı tənəffüs yollarında olan viruslar fəallaşır və daha sonra digər insana xəstəliyin keçmə halı baş verir. Əlavə olaraq bilirik ki, koronavirusun omikron ştammının mutasiya variantları hələ də davam edir. Bununla bağlı yoluxmalar günümüzdə kifayət qədər artmaqdadır. Paralel olaraq, bir tərəfdən yuxarı tənəffüs yollarının virusları, bir tərəfdən koronavirusun özü, digər tərəfdən isə qızılca fəallaşmışdır. Qızılcanın təhlükəsi hələ də davam edir. Bir müddətdir ki, Hepatit A, sarılıq da yayılıb. İnsan orqanizminin bu qədər zəifləməsinə səbəb yaxın keçmişdə pandemiya şəraitində yaşamağımızdır. Əlavə olaraq insanların idmanla məşğul olmaması, az hərəkətlilik, çox qida qəbulu, açıq havada az olmaq və s. faktorlar immun sistemini zəiflədir və nəticədə görürsünüz ki, ayrı-ayrı virusların xəstəlik törətmə imkanları da artır. Fəallaşan viruslarla mübarizə aparmaq üçün genefondun sağlamlaşdırılması önəmlidir. Bu da əhalinin kütləvi idman, aktiv hərəkət, az qida qəbulu, zərərli vərdişlərdən uzaq durmasından keçir”.