Pressa.az » Ölkə » Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ADY-dən açıqlama

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ADY-dən açıqlama

22 may 2024, Çərşənbə, 13:52
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ADY-dən açıqlama

Bu gün saat səhər radələrində Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “Kia” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halı baş verməyib. 

Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır.