Pressa.az » Ölkə » Sumqayıtlı gənc Əziz Abbasov mükafatlandırılıb

Sumqayıtlı gənc Əziz Abbasov mükafatlandırılıb

22 may 2024, Çərşənbə, 21:34
Sumqayıtlı gənc Əziz Abbasov mükafatlandırılıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə TikTok video platformasının təşəbbüsü ilə keçirilən #TikTokdanÖyrən kampaniyasının nəticələrinə yekun vurub və qalibləri müəyyən edib.

Sumqayıtlı gənc Əziz Abbasov “TikTokda kəşf” kateqoriyasında #TikTokdanÖyrən layihəsinin qalibi olub. Qalib müəllif @abbasov__eziz-in avtomobil təmiri ilə bağlı videoları müsabiqənin bütün müddəti ərzində ümumilikdə ən yüksək baxış sayı toplayıb. Qalibə TikTok-dan iPhone smartfonu hədiyyə olunub.

Qeyd edək ki, qaliblərin siyahısı TikTokda layihənin rəsmi səhifəsində (https: //shorturl.at/iwDR6) yerləşdirilib.