Pressa.az » Ölkə » Bakıda bina evlərində yaşayanların NƏZƏRİNƏ - Zəlzələ ilə bağlı

Bakıda bina evlərində yaşayanların NƏZƏRİNƏ - Zəlzələ ilə bağlı

24 may 2024, Cümə, 00:00
Bakıda bina evlərində yaşayanların NƏZƏRİNƏ - Zəlzələ ilə bağlı

Çoxmərtəbəli binaların zəlzələyə davamlılığı müntəzəm monitorinq ediləcək.

Memarlıq və İnşaat Universitetinin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə deyib.O bildirib ki, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.

A. Qasımzadə onu da əlavə edib ki, dünya təcrübəsində mövcud olan bu layihələrdə risk qrupundakı binalar xüsusi olaraq nəzarətə götürülür. Bina sahibləri kritik mərhələdə bu barədə məlumatlandırılacaq.Son zəlzələ zamanı bəzi binaların zədə aldığını xatırladan Azər Qasımzadə deyib ki, həmin binaların 25 %-i dəmir-beton panelli, 70 %-i daş, 5 %-i isə yığma daş konstruksiyalı olubLayihəyə əsasən yeni və köhnə binalara xüsusi cihazların qoyulması nəzərdə tutulur. Bu cihazlar zəlzələlərdən sonra binalarda yaranan zədələri qeydə alacaq. Beləliklə, vahid mərkəzdən neçə binaya zərər dəydiyini asanlıqla müəyyənlədirmək mümkün olacaq.Bununla bağlı təkliflər müvafiq qurumlara təqdim edilib.