Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda – Avrasiya məkanında önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır.
Liderxeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikində əksini tapıb. “Əminəm ki, xalqlarımızın rifahı, bölgəmizin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün sahələrdə genişləndirilməsi, birgə təşəbbüslərimizin reallaşdırılması, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.