Pressa.az » Ölkə » Yaponiyanın İmperatoru Azərbaycan liderini təbrik edib

Yaponiyanın İmperatoru Azərbaycan liderini təbrik edib

27 may 2024, Bazar ertəsi, 11:53
Yaponiyanın İmperatoru Azərbaycan liderini təbrik edib

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Liderxeber.az-ın məlumatına görə, mətndə deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Zati-alinizə xoşbəxtlik, xalqınıza firavanlıq arzu edirəm".