Pressa.az » Ölkə » Azad olunmuş ərazilərdə 204 mina zərərsizləşdirilib

Azad olunmuş ərazilərdə 204 mina zərərsizləşdirilib

27 may 2024, Bazar ertəsi, 15:21
Azad olunmuş ərazilərdə 204 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə mayın 20-26-da 32 tank əleyhinə mina, 172 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumata əsasən 1 164.9 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.