Pressa.az » Ölkə » Məmurlar xaricdəki bloqerlərə 500 min avro verib? - Qalmaqal böyüyür

Məmurlar xaricdəki bloqerlərə 500 min avro verib? - Qalmaqal böyüyür

29 may 2024, Çərşənbə, 21:07
Məmurlar xaricdəki bloqerlərə 500 min avro verib? - Qalmaqal böyüyür

Xaricdəki bloqerlərin Azərbaycanda hansısa məmurlardan böyük məbləğdə pul alması ilə bağlı iddialar böyüyür. Liderxeber.az Lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Avropada yaşayan siyasi fəal Surxan Lətifov belə bir status paylaşıb.

“Deməli, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı bloqerlərə qarşı araşdırma başladıb. Məsələ bundadır ki, həmin bloqerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pulvermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib.

...İndi  prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı bloqerin adı hallanır”.