Təmirə görə bağlanan yol sabahdan açıq olacaq - AÇIQLAMA
"Bakıda mayın 23-də səhər saatlarından bağlanan 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsi sabah sürücülərin ixtiyarında olacaq".
Bu açıqlamanı Liderxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli verib. O, qeyd edib ki, yolun təmiri prosesindəki əsas işlər artıq bitib. "Bu gün ərzində xətlənmə işləri aparılacaq. Sabah səhərdən isə 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsi sürücülərin ixtiyarında olacaq", - deyə A.Nəcəfli bildirib.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
27 yanvar 2024, Şənbə
Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
11 aprel 2023, Çərşənbə axşamı
DYP yolun hərəkət hissəsində dayanan avtomobillərin sürücülərinə müraciət edib