Pressa.az » Ölkə » İyunda neçə gün evdəyik?

İyunda neçə gün evdəyik?

31 may 2024, Cümə, 11:55
İyunda neçə gün evdəyik?

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

Liderxeber.az unikal-a istinadən xəbər verir ki, bu, 2024-cü il üçün iş vaxtı normasında göstərilib. Bildirilib ki, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq. Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir. Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda 14 gün qeyri-iş günü olacaq.

Oxşar Xəbərlər:

Sabahdan Novruz tətili başlayır
19 mart 2024, Çərşənbə axşamı
Sabahdan Novruz tətili başlayır
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
15 iyun 2023, Cümə axşamı
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Mayda 10 gün iş olmayacaq
17 aprel 2023, Bazar ertəsi
Mayda 10 gün iş olmayacaq
Neftçalada Qurtuluş günü qeyd olunub
15 iyun 2023, Cümə axşamı
Neftçalada Qurtuluş günü qeyd olunub
Mart ayında neçə gün iş yoxdur?
05 fevral 2024, Bazar ertəsi
Mart ayında neçə gün iş yoxdur?