Goranboyun DYP rəisi vəzifəsindən azad edilib
Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.
Liderxeber.az-ın Qərb bürosunun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Səbuhi Əmiraslanov tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, S. Əmiraslanov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM