“Son 6 ildə 545 minə yaxın şəxs işlə təmin olunub”
“Son 6 il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin olunub”.
Liderxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. Nazir müavini bildirib ki, 131 mindən çox şəxsin haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluğu təmin edilib: “80 minə yaxın şəxs özünüməşğulluq proqramına, 27,5 min şəxs isə peşə hazırlığına cəlb olunub”.
O qeyd edib ki, bu gün ölkə üzrə kvota tətbiq edilən işəgötürən sayı 4650-ə yaxındır: “Ümumi kvota üzrə iş yerlərinin sayı 28,5 mindir. Bu gün kvota iş yerlərində 25 minə yaxın şəxsin məşğulluğu təmin olunub. Təklif olunan dəyişiklik kvotadan əlavə iş yerlərinin proqramı ilə bağlıdır”.
Oxşar Xəbərlər:
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
02 aprel 2024, Çərşənbə axşamı
Nazir: Minimum əməkhaqqı, pensiyanın artırılması istiqamətində işlərimizi davam etdirəcəyik