"Qarabağ" neft yatağından qısa zamanda hasilata başlanılması planlaşdırılır
SOCAR "Qarabağ" neft yatağından hasilata qısa zamanda başlamağa planlaşdırır.
Liderxeber.az-Economics xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan "Stereotipləri qırara: Enerji həllərinin formalaşdırılması" paneli çərçivəsində bildirib.
Onun sözlərinə görə, hazırda şirkət "Qarabağ" yatağının işlənilməsi layihəsinin 100% iştirak payına malikdir və bu da yatağı hasılata çıxartmaq uçün böyük imkanlar açır. Babək Hüseynov onu da əlavə edib ki, hazırda yeni yataqlarda hasilata qısa zamanda başlanılması məqsədləri qoyulub. Belə ki, hazırda operatorların qarşısında hasilatın, məsələn, 7 ilə yox, 3-5 ilə başlamaq şərtləri qoyulur.
"Biz 3-5 ilə yeni yataqları hasılata çatdıracağıq. Ancaq "Qarabağ"da artıq üç kəşfiyyat və bir qiymətləndirmə quyusu var. Ümid edirik ki, bu proses tez olacaq, amma söz verirəm ki, bu yeddi ilə olmayacaq", - Babək Hüseynov bildirib. Xatırladaq ki, ötən ilin dekabrında SOCAR Norveçin "Equinor" şirkətindən "Qarabağ" layihəsində 50%-lik payını alıb.