Pressa.az » Ölkə » Sumqayıtda iki “F-1” qumbarası tapılıb

Sumqayıtda iki “F-1” qumbarası tapılıb

05 iyun 2024, Çərşənbə, 11:01
Sumqayıtda iki “F-1” qumbarası tapılıb

Sumqayıtda “F-1” markalı iki əl qumbarası aşkar edilib.

Liderxeber.az-ın yerli bürosu məlumat verir ki, hadisə Sumqayıt şəhərinin 22-ci məhəlləsində qeydə alınıb.

Belə ki, məişət tullantılarının üzərindən 2 ədəd “F-1” markalı əl qumbarası tapılıb.

Məsələ barədə polisə məlumat verilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.