“COP29-un ölkəmizdə keçirilməsi bu istiqamətdə ən yaxşı göstəricidir”
Ölkəmizdə son illər ətraf mühitin mühafizəsi istiqamətində mühüm işlər görülür. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi ətraf mühitin qorunması istiqamətində görülən işlərin ən yaxşı göstəricisidir.
Liderxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycanda milli ekosistem qiymətləndirmələrinin artıq tamamlanmasıdır. Belə ki, bu qiymətləndirmələr çərçivəsində milli biomüxtəliflik fəaliyyət planının tezliklə qəbul olunacağı və 2030-cu ilə qədər aydın hədəflər göstəriləcəyi gözlənilir.