Pressa.az » Ölkə » İyunun 14-ü "Son zəng" keçiriləcək

İyunun 14-ü "Son zəng" keçiriləcək

05 iyun 2024, Çərşənbə, 18:36
İyunun 14-ü "Son zəng" keçiriləcək

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssislərində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür. Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.