Pressa.az » Ölkə » Bakıda işləməyən fəvvarələr kimə lazımdır?

Bakıda işləməyən fəvvarələr kimə lazımdır?

06 iyun 2024, Cümə axşamı, 09:45
Bakıda işləməyən fəvvarələr kimə lazımdır?

Paytaxtda bəzi yerlərdə fontanlar işlək vəziyyətdə deyil.

Zabitlər bağında olan fəvvarəni nümunə kimi göstərmək olar. Mənzil Kommunal Təsərrüfatı Birliyindən məsələ ilə bağlı bildirilib ki, parkdakı fəvvarədə təmir işləri yekunlaşıb və iki gün ərzində işə salınacaq.

Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman Məmmədovun sözlərinə görə, Zabitlər bağı ilə Cavanşir parkında olan fəvvarələr qurumun tabeliyində deyil: "İdarənin xidmətində olan bütün fəvvarələr işlək vəziyyətdədir. Havaların isinməsi ilə əlaqədar olaraq fontanlar gün ərzində 10 saat işləyir".