Pressa.az » Ölkə » Bu günlərdə dünyanın diqqəti yenə də paytaxt Bakıdadır!

Bu günlərdə dünyanın diqqəti yenə də paytaxt Bakıdadır!

07 iyun 2024, Cümə, 13:18
Bu günlərdə dünyanın diqqəti yenə də paytaxt Bakıdadır!

Bu gün Azərbaycan ardıcıl enerji siyasətini uğurla həyata keçirir və regionda hökm sürən sabitlik və enerji təhlükəsizliyi məhz bu siyasətin nəticəsidir. Müharibədən qalib çıxan və iqtisadiyyatını uğula inkişaf etdirən ölkəmiz dünya siyasətində də mühüm yer tutur, bir çox möhtəşəm beynəlxalq layihələrə ev sahibliyi edir.

Ölkəmizdə reallaşdırılan mühüm və beynəlxalq layihələrdən biri də iyun ayının 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “CaspianOil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “CaspianPower” sərgiləridir. Artıq bir neçə gündür ki, regionun enerji sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi öz işini uğurla davam etdirir. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir. Bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İcənab lham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı da bu tədbirin yüksək statusunu təsdiqləyir. Qeyd edək ki, Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Bu ilki Bakı Enerji Həftəsi, həm də əhəmiyyətli bir hadisəyə təsadüf edir.

Belə ki, bu il ölkəmizin neft tarixində yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. “Əsrin müqaviləsi” Ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Məhz “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyuldu. Qeyd edək ki, Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Prezident İlham Əliyev də tədbirin əhəmiyyətinə toxunaraq, Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığını bildirdi. Ölkə başçısı Azərbaycanın qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut etdiyini də diqqətə çatdırdı. Bir sözlə Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirərək, bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir, əhəmiyyətli tərəflərin bir araya gəldiyi dialoq məkanına çevirir. Bu baxımdan Bakı Enerji Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır. Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin formalaşmasında əhəmiyyətli rola malikdir. 

Elnaz Məmmədova;
Neftçala rayonu, həkim