Hərbi texnika, silahın satışı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır
Döyüş təyinatlı hərbi texnika və hərbi silahın satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır.
Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda döyüş sursatının satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar Xəbərlər:
29 mart 2024, Cümə
Mülki dövriyyədə olmasına yol verilməyən dərman maddələri və tibb vasitələri müəyyənləşir
13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
17 aprel 2023, Bazar ertəsi
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb