Pressa.az » Ölkə » Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşüb

Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşüb

08 iyun 2024, Şənbə, 16:31
Daşkəsən, Göygöl və Gədəbəyə dolu düşüb

Ölkənin Qərb bölgəsində leysan yağış yağır, dağlıq rayonlara dolu düşüb.

Liderxeber.az-ın Qərb bürosunun məlumatına görə, hazırda Gəncə şəhərində güclü yağış yağır. Bəzi küçələrdə yağış suları nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb. Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına dolu düşüb, küləklə müşahidə olunan güclü yağış yağıb.

Hazırda bölgədə güclü ildırım çıxır, yağıntılı hava şəraiti davam edir.