Pressa.az » Ölkə » “Premium Bank”ın vəzifəli şəxsi cərimələnib

“Premium Bank”ın vəzifəli şəxsi cərimələnib

11 iyun 2024, Çərşənbə axşamı, 09:23
“Premium Bank”ın vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Premium Bank” ASC -nin vəzifəli şəxsini 2 000 manat cərimə edib.

Liderxeber.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində "Premium Bank"ın “Banklar haqqında” qanunun 40.1-ci maddəsinin, “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın 3.3.2-ci bəndinin tələblərini pozduğu məlum olub. Odur ki, Bankın vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq cərimələnib. Artıq pozuntu aradan qaldırılıb.