Pressa.az » Ölkə » Sumqayıtda 1 nömrəli orta məktəbin şagirdləri ilə "Əlvida, ibtidai sinif" adlı tədbir keçirilib - VİDEO

Sumqayıtda 1 nömrəli orta məktəbin şagirdləri ilə "Əlvida, ibtidai sinif" adlı tədbir keçirilib - VİDEO

12 iyun 2024, Çərşənbə, 10:08
Sumqayıtda 1 nömrəli orta məktəbin şagirdləri ilə "Əlvida, ibtidai sinif" adlı tədbir keçirilib - VİDEO

Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Məmmədovanın rəhbərlik etdiyi 4C sinif şagirdləri ilə "Əlvida, ibtidai sinif" adlı tədbir təşkil edilib.
 
Liderxeber.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şagirdlərin ifasında maraqlı şeirlər, rəqslər qonaqlara maraqlı anlar yaşadıb. Tədbirdə 44 günlük vətən müharibəsinin yadigarı olan şanlı bayrağımız da nümayiş olunub.


Tədbirdə valideynlər, müəllimlər çıxış edərək uşaqların bu səviyyədə yetişməsində böyük zəhməti olan Zülfiyyə müəlliməni və məktəbliləri dərs ilinin uğurla yekunlaşması, eyni zamanda qazanılan nailiyyətlər münasibətilə ürəkdən təbrik ediblər. Zülfiyyə Məmmədova balaca fidanlara növbəti dərs ilində uğurlar arzulayıb.