Pressa.az » Ölkə » CANSO: Azərbaycan yaşıllaşdırma layihələri ilə ekoloji sahədə mühüm addımlar atıb

CANSO: Azərbaycan yaşıllaşdırma layihələri ilə ekoloji sahədə mühüm addımlar atıb

12 iyun 2024, Çərşənbə, 11:00
CANSO: Azərbaycan yaşıllaşdırma layihələri ilə ekoloji sahədə mühüm addımlar atıb

Azərbaycan bərpaolunan enerjidən istifadənin genişləndirilməsi və yaşıllaşdırma layihələri ilə ekoloji sahədə mühüm addımlar atıb.

Liderxeber.az xəbər verir ki, bunu Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatının (CANSO) baş direktoru Saymon Hokkard Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində bildirib. O qeyd edib ki, qədim tarixi, zəngin mədəniyyəti və uzaqgörən fəaliyyəti ilə Bakı iqlim dəyişikliyinə dair mübarizə üçün mükəmməl məkandır.

"Azərbaycanın davamlılığa sadiqliyi bu qlobal böhrana istiqamətlənən kollektiv əzmi əks etdirir. Bakı qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə yerli fəaliyyətin transformativ potensialını nümayiş etdirir. Bu, yerli fəaliyyət və qlobal əməkdaşlıq güclü bir mesajdır. Planetimizi qorumaq üçün hamımız üzərimizə düşəni etməliyik. Hər bir sektor karbon emissiyalarını azaltmağa çalışmalıdır", - deyə CANSO rəsmisi əlavə edib.