Pressa.az » Ölkə » Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ olub, ətraf rayonlarda hiss edilib

Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ olub, ətraf rayonlarda hiss edilib

08 mart 2023, Çərşənbə, 10:59
Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ olub, ətraf rayonlarda hiss edilib

Bu gün yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ epsentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 37 km dərinlikdə yerləşib.