Ölkəmizdə əczaçılıq məhsullarının istehsalı artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 849,8 milyon manatlıq məhsul istehsal edilib.
Liderxeber.az-Economics bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 29,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,7%, kimya sənayesi məhsullarının istehsalı isə 5,1% artıb.
Beş ayda kimya sənayesi məhsullarından karbamid istehsalı 64,4%, metanol istehsalı 20%, yapışqan və yapışdırıcı maddələr istehsalı 4,7%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3,6 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 75,3%, polietilendən kisə və çantalar istehsalı 55,6%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı isə 23,2% artıb.