Pressa.az » Ölkə » Lerik məktəblisi 699.5 balla Respublika birincisi oldu

Lerik məktəblisi 699.5 balla Respublika birincisi oldu

17 iyun 2024, Bazar ertəsi, 14:02
Lerik məktəblisi 699.5 balla Respublika birincisi oldu

Lerik rayonu Cəbrayıl Ağayev adına Biləvər kənd tam orta məktəbinin 2022-ci il məzunu Həsənli Rasəf Asəf oğlu I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə 699.5 bal toplayıb. 

Bu barədə Liderxeber.az-a onun müəllimi Amil Əliyev məlumat verib.

Bildirilib ki, 2022-ci ildə məzun olan Rasəf Həsənli hərbi xidmətini başa vurduqdan sonra imtahan verib və Respublika birincisi adını qazanıb.