Hava limanlarında tətbiq olunan təhlükəsizlik tədbirləri artırılacaq
Hava limanlarının girişlərində təhlükəsizlik tədbirlərinə dair yeni qaydalar tətbiq olunacaq.
Liderxeber.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılan məsələlərdən biri də təhlükəsizlik tədbirləridir. Yeni qaydalara əsasən hava limanlarının girişlərində bütün sərnişinlər cihazla yoxlanılacaq. Cihazla axtarışın kifayət etmədiyi hallarda əl ilə axtarış aparılacaq. Özünün və ya əşyalarının fiziki axtarışını qəbul etməyən sərnişin təyyarəyə minə bilməyəcək. Hava limanlarında təhlükəsizlik təcrübələri və yoxlamalar Çikaqo Konvensiyasının, Beynəlxalq Mülki Aviasiya Sazişinin şərtlərinə uyğun olaraq yenidən qurulur.
Qeyd olunan qanun layihəsinin bayram tətilindən sonra TBMM-nin gündəliyində müzakirəyə çıxarılması gözlənilir.