Pressa.az » Ölkə » Azərbaycan orqanik və halal məhsulların istehsalında Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilə bilər

Azərbaycan orqanik və halal məhsulların istehsalında Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilə bilər

20 iyun 2024, Cümə axşamı, 18:56
Azərbaycan orqanik və halal məhsulların istehsalında Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilə bilər

Azərbaycan orqanik və halal məhsulların istehsalında Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilə bilər.

Liderxeber.az xəbər verir ki, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin Rusiya-Azərbaycan Parlamentlərarası Komissiyasının 21-ci iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, Rusiya bu cür məhsulların istehsalı üçün standartların qarşılıqlı tanınması ilə bağlı maraqlı ölkələrlə aktiv iş aparır.

“Ümid edirik ki, bizim və azərbaycanlı həmkarlarımız əməkdaşlığın yeni istiqamətinə maraq göstərəcəklər”, - deyə Rusiya Federasiya Şurası sədrinin birinci müavini vurğulayıb.