Pressa.az » Ölkə » Milli Hidrometeorologiya Xidməti çaylardakı vəziyyətlə bağlı məlumat yayıb

Milli Hidrometeorologiya Xidməti çaylardakı vəziyyətlə bağlı məlumat yayıb

22 iyun 2024, Şənbə, 09:40
Milli Hidrometeorologiya Xidməti çaylardakı vəziyyətlə bağlı məlumat yayıb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 08:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan Ceyrankeçməzçaydan sel keçib.

Liderxeber.az-ın məlumatına görə Milli Hidrometeorologiya Xidmətının Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçir.

O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.