Pressa.az » Ölkə » Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

22 iyun 2024, Şənbə, 10:07
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.

MN-dən Liderxeber.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.