Pressa.az » Ölkə » Bakının mərkəzi yağış sularına təslim oldu

Bakının mərkəzi yağış sularına təslim oldu

22 iyun 2024, Şənbə, 10:25
Bakının mərkəzi yağış sularına təslim oldu

Bu gün səhər saatlarında Bakı şəhərində yağan güclü leysan yağışı şəhərin mərkəzi küçələrində ciddi su basqınlarına səbəb olub.

Xüsusilə, metronun “Sahil” stansiyasının yaxınlığı, Xaqani küçəsi və Sahil bağı tərəflərdə bəzi yollar su altında qalıb. Bu barədə görüntülər Liderxeber.az-ın “qaynar xətti”nə daxil olub.

Məlumata görə, yağışın intensivliyi nəticəsində yollar sürətlə su ilə dolub, bu isə nəqliyyatın hərəkətini xeyli çətinləşdirib. Küçələrdə yığılan su, piyadaların hərəkətini də mümkünsüz edib.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək.