Pressa.az » Ölkə » Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb

25 iyun 2024, Çərşənbə axşamı, 09:05
Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,09 ABŞ dolları, yaxud 0,1 % artaraq 88,58 ABŞ dolları təşkil edib.

Bu barədə Liderxeber.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 86,04 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Oxşar Xəbərlər:

Azərbaycan nefti bahalaşıb
01 aprel 2023, Şənbə
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
25 fevral 2023, Şənbə
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
12 aprel 2023, Çərşənbə
Azərbaycan nefti cüzi ucuzlaşıb